...

Bank of Azerbaijan-ın kreditorlarının tələblərinin qeydiyyatı başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2016 17:28 (UTC +04:00)
1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 saylı qətnaməsi ilə “Bank of Azerbaijan” ASC müflis elan edilib və iflas proseduruna başlanıb, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.
Bank of Azerbaijan-ın kreditorlarının tələblərinin qeydiyyatı başa çatıb

Bakı. Ənvər Məmmədov - Trend:

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81) 1404/16 saylı qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilib və iflas proseduruna başlanıb, Əmanətlərin Sığortalanması Fondu Ləğvedici təyin edilib.

Bu barədə Trend Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən məlumat verir.

Ləğvedici tərəfindən müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanma barədə 05 fevral 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində elan yerləşdirilib.

"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 05 fevral 2016-cı il tarixdən başlanılıb və 05 aprel 2016-cı il tarixində başa çatdırılıb.

Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti