...

ARDNF 1 banka 20 mln. dollar satıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2016 12:04 (UTC +04:00)
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
ARDNF 1 banka 20 mln. dollar satıb

Bakı. Trend:

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Trend-ə verilən məlumata görə, bu vəsaitdən 20 milyon ABŞ dolları məbləğində vəsait 1 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti