...

Beyləqan sahibkarlarından investisiya layihələrinin qəbuluna start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2016 10:20 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Beyləqan sahibkarlarından investisiya layihələrinin qəbuluna start verildi

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Bu barədə Trend-ə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il aprelin 8-də Beyləqan rayonunda işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması;
- meyvə-tərəvəz emalı və bitki yağlarının istehsalı zavodlarının yaradılması;
- intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;
- cins heyvandarlıq təsərrüfatının, ət kəsimi və pendir istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti