...

Vergilər Nazirliyi ƏDV-nin differensiyalaşdırılması üçün məhsulların siyahısını müəyyənləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 13:17 (UTC +04:00)
Vergilər Nazirliyi ölkə üçün strateji əhəmiyyətə malik məhsulların siyahısını tərtib etməyə və onun üçün müəyyən edilmiş 18 faiz həcmində əlavə dəyər vergisini differensiyalaşdırmağa hazırdır.
Vergilər Nazirliyi ƏDV-nin differensiyalaşdırılması üçün məhsulların siyahısını müəyyənləşdirəcək

Bakı. Azad Həsənli - Trend:

Vergilər Nazirliyi ölkə üçün strateji əhəmiyyətə malik məhsulların siyahısını tərtib etməyə və onun üçün müəyyən edilmiş 18 faiz həcmində əlavə dəyər vergisini differensiyalaşdırmağa hazırdır.

Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, nazirlik ƏDV-nin differensiyalaşdırılması üzrə xarici ölkələrin təcrübəsini öyrənir: "Avropa ölkələrində ƏDV dərəcəsi orta hesabla 20 faizdir və onunla müqayisədə Azərbaycandakı 18 faiz elə də yüksək deyil. Təbii ki, (Avropada) ƏDV dərəcələrinin differensiyalaşdırıldığı sahələrə var. Bura qida sənayesi, uşaq paltarları satışı, yüngül sənaye, kiçik və orta sahibkarların istehsal etdiyi məhsullar aiddir. Buna görə də Vergilər Nazirliyi ölkə üçün strateji əhəmiyyətə malik məhsulların siyahısını tərtib etməyə və Azərbaycanda differensiyalaşdırılmış dərəcələrin tətbiqi imkanına baxmağa hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti