...

Azərbaycan rusiyalı turistlər üçün Türkiyəni əvəzləyə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2016 18:32 (UTC +04:00)
Azərbaycan rusiyalı turistlər üçün Türkiyə istiqamətini əvəzləyə bilər
Azərbaycan rusiyalı turistlər üçün Türkiyəni əvəzləyə bilər

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan rusiyalı turistlər üçün Türkiyə istiqamətini əvəzləyə bilər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının Xarici turizm komitəsinin rəhbəri, "Summer Tour" turoperatorunun direktoru Ayxan Allazlı deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında vəziyyətin gərginləşməsini, eləcə də Rusiya turoperatorlarının Misirə getməmək tövsiyələrini nəzərə alaraq, Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək rusiyalı turistləri cəlb edə bilər.

A.Allazlı qeyd edib ki, hazırda şirkətlərimiz rusiyalı şirkətlərlə görüşərək Azərbaycanı fəal reklam edirlər: "Mədəniyyət və Turizm Nazirliyinin artıq Rusiyada nümayəndəliyi var. Nümayəndəlik Moskvada, Kazanda və digər şəhərlərdə bir sıra təqdimatlar keçirib. Bundan başqa, Rusiya mətbuatı və turizm agentliklərinin nümayəndələri Azərbaycana dəvət olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti