...

Səfir: Türkiyə və Azərbaycan arasında birgə layihələrin dayandırılması müzakirə mövzusu deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2016 13:33 (UTC +04:00)
Dünyada baş verən iqtisadi böhran şəraitində Türkiyə və Azərbaycan arasında birgə layihələrin icrasının dayandırılması müzakirə mövzusu deyil.
Səfir: Türkiyə və Azərbaycan arasında birgə layihələrin dayandırılması müzakirə mövzusu deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyada baş verən iqtisadi böhran şəraitində Türkiyə və Azərbaycan arasında birgə layihələrin icrasının dayandırılması müzakirə mövzusu deyil. Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Onun sözlərinə görə, hər iki tərəfin birgə icra etdiyi layihələr planlaşdırılan şəkildə davam edir: "Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi icra edilir. İşlər planlaşdırıldığı şəkildə davam etdirilir. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə veriləcək. TANAP layihəsi üzrə işlər planlaşdırılandan da sürətlə aparılır".

Səfir qeyd edib ki, Türkiyə və Azərbaycanın ortaq layihələrinin həyata keçirilməsi təkcə siyasi iradə ilə bağlı deyil: "Bu layihələr sayəsində sadəcə Türkiyə və Azərbaycan deyil, bizim önəm verdiyimiz daha geniş yaxın coğrafiya iqtisadi böhran kimi çətinliklərdən çıxmaq imkanına da malik olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sayəsində həm ticarət, həm də logistika baxımından əlaqələr daha da canlanacaq, bu əlaqələr uğurlu şəkildə həyata keçiriləcək. İqtisadi böhrana görə layihələrin icrasını dayandırmaq barədə fikirləşmirik. Əksinə, yeni layihələr üzərində işləməyə davam edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti