...

Boeing 787 Dreamliner təyyarələrindəki problemlər AZAL-ın istismar etdiyi hava gəmilərinə aid deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2016 13:28 (UTC +04:00)
Boeing 787 Dreamliner təyyarələrinin mühərriklərində aşkarlanan problem GEnx-1B PIP2 model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib.
Boeing 787 Dreamliner təyyarələrindəki problemlər AZAL-ın istismar etdiyi hava gəmilərinə aid deyil

Bakı. Trend:

Boeing 787 Dreamliner təyyarələrinin mühərriklərində aşkarlanan problem GEnx-1B PIP2 model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib.

Bunu Trend-in sorğusuna cavab olaraq, "Azərbaycan Hava Yolları"dan (AZAL) bildiriblər.

"Azərbaycan Hava Yolları"-nın (AZAL) təyyarə parkına daxil olan hər iki Boeing 787 Dreamliner təyyarələrində quraşdırılan General Electric mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil.

Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti General Electric və Boeing şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək.

Onu da qeyd edək ki, bütün növ hava gəmilərinin aparılan müntəzəm texniki yoxlamaları və auditlər normal istismar zamanı onların təkmilləşdirilməsinə dair bəzi tövsiyələr tələb edə bilər. Bununla bağlı istehsalçılar tərəfindən əlavə servis bülletenləri buraxılır ki, bu da normal dünya praktikasıdır.

Boeing 787 Dreamliner ən müasir sərnişin təyyarələrindən biridir. 250-dən çox bu tipli təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tiplitəyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti