...

Tənzimləyici: Yaxın vaxtlarda Azərbaycanda bankların lisenziyalarının geri çağırılması gözlənilmir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2016 12:08 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"dan başqa hazırda digər bankların lisenziyalarının geri çağırılması və ya inzibatçıların təyin edilməsi imkanlarını nəzərdən keçirmir.
Tənzimləyici: Yaxın vaxtlarda Azərbaycanda bankların lisenziyalarının geri çağırılması gözlənilmir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:08-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"dan başqa hazırda digər bankların lisenziyalarının geri çağırılması və ya inzibatçıların təyin edilməsi imkanlarını nəzərdən keçirmir.

Trend-in məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Palata ölkənin bütün 37 bankında preventiv rejimdə vəziyyətə nəzarət edir və stress-testlər keçirir.

R.Aslanlı qeyd edib ki, Palata bankların institusional və maliyyə baxımından yarana biləcək istənilən probleminə hazırdır: "Hökumət belə məsələləri preventiv qaydada həll etmək üçün zəruri maliyyə və inzibati resurslara malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti