Bakı. Ənvər Məmmədov - Trend:
"AtaBank"ın rəhbərliyində baş vermiş dəyişiklik nəticəsində Səbuhi Əliyev bankın İdarə Heyətinin sədrinin müavini təyin edilib.
Trend-in bankın saytına istinadən verdiyi məlumata görə, o bu vəzifədə Hüseyn Bayramovu əvəzləyib.
Bununla da bankın İdarə Heyətinin tərkibində 5 nəfər var - İdarə Heyətinin sədri Dəyanət Quliyev və ounun müavinləri.