...

Azərbaycanda torpaq hərraclarının təşkili planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2016 14:28 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması hesabına ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən iri təsərrüfatların yaradılması üzrə tədbirlər davam etdirilir.
Azərbaycanda torpaq hərraclarının təşkili planlaşdırılır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması hesabına ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən iri təsərrüfatların yaradılması üzrə tədbirlər davam etdirilir.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu tədbirlər çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2015-ci il tarixli 300s nömrəli Sərəncamına əsasən, "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi üzrə aidiyyəti dövlət və rayon icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İqtisadiyyat Nazirliyində yaradılmış komissiya tərəfindən yeni ərazilərin əkin dövriyyəsinə cəlb olunması və burada iri təsərrüfatların qurulması istiqamətində cari ildə Xızı və Siyəzən rayonlarında meliorativ tədbirlər başa çatdırılmış torpaq sahələri təyinatı dəyişdirilərək müsabiqə və hərrac yolu ilə kənd təsərrüfatı məhsulları (bitkiçilik) istehsalı üzrə ixtisaslaşmış sahibkarlara uzunmüddətli icarəyə veriləcək.

İri təsərrüfatların yaradılması məqsədilə təşkil olunacaq müsabiqədə kənd təsərrüfatı sahəsində ixtisaslaşmış sahibkarlar iştirak edə bilərlər.

Bu məqsədlə cari ildə Xızı rayonunda 4319,8 hektar, o cümlədən 769,2 hektar dövlət və 3550,5 hektar bələdiyyə, Siyəzən rayonu üzrə isə 1333,9 hektar bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin müsabiqəyə çıxarılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti