...

Bakı Baş Gömrük İdarəsi yeni inzibati binaya köçürülüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 11:26 (UTC +04:00)
Bakı Baş Gömrük İdarəsi yeni inzibati binaya köçürülüb.
Bakı Baş Gömrük İdarəsi yeni inzibati binaya köçürülüb (FOTO)

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsi yeni inzibati binaya köçürülüb.

DGK-nın Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, idarənin strukturuna 10 şöbə,10 gömrük postu və 9 bölmə daxildir və 360-a yaxın əməkdaş çalışır. Yeni inzibati binada malların elektron formada bəyan olunmasının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

Azərbaycan Respublikasının Prezidentinin "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 4 mart 2016-cı il tarixli sərəncamın icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsi tərəflndən müəyyən tədbirlər həyata keçirilib.

Bunun nəticəsində gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxt itkisi qısaldılmış, sahibkarlarla gömrük əməkdaşlarının təması minimuma endirilmiş, səffaflıq tamamilə təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti