...

Nağd pul əvəzinə rəngli kağız – Expressbank-dan innovativ addım (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 11:32 (UTC +04:00)
Expressbank öz ödəniş terminallarında pulların təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycanda növbəti ilkə imza atdı.
Nağd pul əvəzinə rəngli kağız – Expressbank-dan innovativ addım (FOTO)

Bakı. Trend:

Expressbank öz ödəniş terminallarında pulların təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycanda növbəti ilkə imza atdı.

Bankdan Trend-ə verilən məlumata görə, istənilən ödəniş sisteminin uğuru - sistemin davamlılığı, istifadə rahatlığı və nəhayət təhlükəsizliyidir. Təhlükəsizlik mövzusuna hər zaman ciddi yanaşan Expressbank "Oberthur" və "AaBaCus" sistemlərinin dəstəyi ilə "Expressbank nağd pul təhlükəsizliyinin keşiyində" şüarı altında ExpressPay ödəniş terminallarında yeni, innovativ texnologiya tətbiq edib.

Artıq ExpressPay ödəniş terminalını yarmağa cəhd edən dələduzlar nağd pulla deyil, rəngli kağızlarla qarşılaşacaqlar. Belə ki, oğurluq zamanı terminalın balansında olan nağd pullar rəngli boyaya boyanır və nəticədə əlvan və yararsız şəkilə düşən əskinazlar oğurluq planını pozmuş olur.

Qeyd edək ki, pulu yararsız edən boyanı təmizləyən maddə mövcud deyil. Mayə boyanın əl və ya hər hansı səthlə təması zamanı pozulmayacağını da nəzərə alsaq, onun bu xüsusiyyəti oğrunun ifşa edilməsinə də kömək edəcəkdir.

Azərbaycanda ilk dəfə Expressbank-da tətbiq olunan bu texnologiyadan Amerika, Şimali Koreya, Yaponiya və Avropada da istifadə olunur.

Onu da qeyd edək ki, bu gün Hilton otelində tətbiq olunan bu yeni texnologiyanın təqdimat mərasimi baş tutmuşdur. Mərasimdə bank nümayəndələri texnologiya haqqında ətraflı məlumat verərək onu ilk sınaqdan keçirmişlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Bərdə, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir.

Bankın ölkə üzrə 80-dək bankomat, 7000-dək POS terminal və 400-dən artıq ExpressPay ödəniş terminalı xidmət göstərir.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti