...

Cavid Qurbanov: Azərbaycana idxal olunan məhsulların hamısına 18 % ƏDV tətbiq edilməsi düzgün deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 12:56 (UTC +04:00)
Azərbaycana idxal olunan məhsulların hamısına 18 % ƏDV tətbiq edilməsi düzgün deyil.
Cavid Qurbanov: Azərbaycana idxal olunan məhsulların hamısına 18 % ƏDV tətbiq edilməsi düzgün deyil

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycana idxal olunan məhsulların hamısına 18 % ƏDV tətbiq edilməsi düzgün deyil.

Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

C.Qurbanov bildirib ki, bu cür verginin tətbiqi "Azərbaycan Dəmir Yolları"nın işinə çətinlik törədir: "Dəmir yolu və təmir üçün alınan məhsullara böyük miqdarda gömrük rüsumları tələb olunur. Bilmirik ki, avadanlığın pulunu ödəyək, yoxsa gömük rüsumu, vergi barədə düşünək. Bilmirik pulu haradan tapaq ödəyək".

O qeyd edib ki, alınan vaqonlar, elektrovozlar Azərbaycanda istehsal olunmur: "Buna görə 18 faiz və 36 faiz ayrılıqda verginin tətbiq olunması ciddi problem yaradır. Nazirlər Kabinetinə səlahiyyət verilməlidir ki, lazım olanda bəzi məhsullarla bağlı güzəştli vergilər tətbiq olunsun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti