...

PAŞA Bank Bakı Şəhər Halqası ilə əməkdaşlıq edəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 13:07 (UTC +04:00)
Mayın 6-sı Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə qarşılıqlı əməkdaşlığa dair birgə anlaşma memorandumu imzalayıb.
PAŞA Bank Bakı Şəhər Halqası ilə əməkdaşlıq edəcək (FOTO)

Bakı. Trend:

Mayın 6-sı Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə qarşılıqlı əməkdaşlığa dair birgə anlaşma memorandumu imzalayıb.

Bankdan Trend-ə verilən məlumata görə, əldə olunan razılığa əsasən PAŞA Bank, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bank xidmətləri üzrə tərəfdaşı kimi çıxış edəcək. Memorandumda tərəfdaşlıq münasibətlərinin qurulması və müxtəlif birgə kampaniyaların keçirilməsi qarşıya məqsəd qoyulub. Memorandumu PAŞA Bankın İdarə Heyətinin üzvü Aydın Atakişiyev və BŞH-nın Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim imzalayıblar.

Tədbir zamanı PAŞA Bankın rəsmisi Aydın Atakişiyev bildirib ki, təmsil etdiyi qurum bir tərəfdaş kimi işgüzar fəaliyyətə böyük dəstək verir: "Yaranan ilk gündən bəri PAŞA Bank özünü adi bir bank deyil, müştərisinin tərəf müqabili kimi, hər zaman dəstəyinə arxalana biləcək bir yoldaş kimi mövqeləndirmişdir. PAŞA Bankın əməkdaşları müştərilərinin bizneslərinin müvəffəqiyyətli olması üçün ən yüksək səviyyəli ekspertiza və təcrübəni bir araya gətiriblər. Bu imkanlar sayəsində müştərilərimiz ən mürəkkəb və ən çətin şəraitdə belə yüksək uğurlara yiyələnə biləcəklər."

Tədbirdə əməliyyat şirkəti adından çıxış edən Bülent Özərdim qarşılıqlı əməkdaşlığın yarışın yüksək səviyyədə təşkil olunmasına böyük töhfə verəcəyini qeyd edib: "Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisinə hazırlıq işlərinin geniş vüsət aldığı bir ərəfədə Azərbaycanın ən qabaqcıl maliyyə qurumlarından biri olan PAŞA Bank ilə əməkdaşlıq etmək bizim üçün çox qürurverici haldır. Ev sahibliyi etdiyimiz Formula 1 yarışı şəhərimizə yeni biznes imkanları gətirəcək. Bundan maksimum faydalanmaq üçün hamılıqla fəaliyyətimizi yüksək standartlara uyğun qurmalıyıq. İnanırıq ki, bu istiqamətdə birgə görüləcək işlər yarışın yüksək səviyyədə həyata keçirilməsinə və qarşılıqlı əməkdaşlıq imkanlarının səmərəli şəkildə inkişafına xidmət göstərəcək."

Qeyd edək ki, memorandumun şərtlərinə əsasən tərəflər üzərlərinə göstərdikləri işgüzar xidmətin daha geniş kütləyə təqdim olunması istiqamətində qarşılıqlı fəaliyyətə dair öhdəlik götürüblər.

Bank haqqında:

PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 6 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 400 çox əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

BŞH haqqında:

Azərbaycanda təşkil olunacaq Formula 1 Avropa Qran Prisinin promouteri və eyni zamanda yarışların keçirildiyi şəhər treki "Bakı Şəhər Halqası" (BŞH) adlanır. 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq, bu arada maksimal 340 km saat sürət toplamağa imkan verəcək Bakı Şəhər Halqası cari F1 təqvimində ən sürətli şəhər treki statusuna imza atacağı gözlənilir.
Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçəri-şəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikəri ilə yarışı canlı olaraq tribunalarda və ya televiziya qarşısında izləyən F1 azarkeşləri üçün əsrarəngiz bir şouya ev sahibliyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti