...

Kənd təsərrüfatı nazirinin müavini Avropa üzrə 30-cu Regional Konfransına sədr müavini seçilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 13:14 (UTC +04:00)
Azərbaycan Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 4-6 may tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 30-cu Regional Konfransında iştirak etmək məqsədilə Türkiyədə səfərdə olublar.
Kənd təsərrüfatı nazirinin müavini Avropa üzrə 30-cu Regional Konfransına sədr müavini seçilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 4-6 may tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 30-cu Regional Konfransında iştirak etmək məqsədilə Türkiyədə səfərdə olublar.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə ali rəhbər orqanı hesab olunan və hər iki ildən bir keçirilən Regional Konfrans regiona daxil olan Üzv Ölkələrin Kənd Təsəsrrüfatı Nazirləri və digər rəsmilərin bir araya gələrək ərzaq və kənd təsərrüfatı sahəsində problemlər və məsələlər üzrə debatların aparıldığı və bununla da regional inkişafı irəli şəkən, dəstəkləyən bir rəsmi forumdur.

Regional Konfransın gündəliyinə Təşkilatın Avropa və Mərkəzi Asiya regionu üçün növbəti iki il üzrə Təşkilatın əsas fəaliyyət istiqamətlərinin, prioritetlərin müəyyən edilməsi və 2016-2017-ci illər üzrə İş Proqramı və Büdcə layihəsinin müzakirə edilməsi, həmçinin FAO-nun region üzrə desentralizasiya siyasəti (ölkə ofisləri) üzrə debatların aparılması daxil edilmişdir.

Nazir müavini İlham Quliyev FAO-nun Avropa üzrə 30-cu Regional Konfransının sədr müavini seçilmişdir.

İlham Quliyev Konfrans çərçivəsində 4 may tarixində keçirilmiş "Davamlı İnkişaf Məqsədləri və onların Avropa və Mərkəzi Asiya regionunda kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına təsiri" və "2016-cı il Paxlalı Bitkilərin Beynəlxalq İli zəminində Avropa və Mərkəzi Asiyada balanslaşdırılmış qidalanma və sağlam ərzaq sistemlərinin yaxşılaşdırılmasında paxlalı bitkilərin rolu" mövzularında Nazirlərin Dəyirmi Masa görüşündə iştirak etmiş və mövzu ilə əlaqədar çıxış etmişdir.

5 mayda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə Azərbaycan nümayəndə heyətinin görüşü olmuşdur.

Görüşdə Baş Direktor Azərbaycan Hökuməti ilə FAO arasında əməkdaşlığın daha da gücləndirilməsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyini xüsusi vurğulamışdır.

O, FAO-nun qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa xüsusi diqqət verdiyini və bu baxımdan Azərbaycanda Heydər Əliyev Fondu və İDEA kimi yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq üçün artıq səylər edildiyini və bu istiqamətdə sıx əməkdaşlığa başlanıldığını qeyd etmişdir.

Baş Direktor Fondun Vitse Prezidenti və FAO-nun Xoşməramlı Səfiri Leyla xanım Əliyevanın FAO məqsədlərinin və missiyasının qlobal, regional və milli səviyyələrdə həyata keçirilməsində, o cümlədən ölkədə yeni yaradılmış FAO Ofisinin səmərəli fəaliyyətində oynadığı rolu və töhfəni qeyd etmişdir.

Joze Qratsiano da Silva FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılması və Tərəfdaşlıq Proqramının yaradılmasının əməkdaşlığın yeni mərhələsinə qədəm qoyması kimi qiymətləndirmiş və bu işdə Azərbaycan Hökumətinin, xüsusilə Kənd Təsəsrüfatı Nazirliyinin dəstəyini yüksək dəyərləndirmişdir.

Nazir müavini İlham Quliyev ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların verdiyi müsbət nəticələrdən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışmışdır. Baş Direktor FAO ilə Azərbaycan arasında Cənub-Cənub Əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən Azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olunmasının dəstəklənməsi məqsədilə Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurlu təcrübələrin başqa ölkələrdə tətbiqinin vacibliyini qeyd etmişdir.

Nümayəndə heyəti Regional Konfrans həftəsi çərçivəsində regionun üzv ölkələrindən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin etmək məqsədilə keçirilən bir sıra paralel tədbirlərdə iştirak etmişdir.

Tədbirdə FAO-nun Avropa və Mərkəzi Asiya Regionuna daxil olan 54 Üzv Ölkəsinin, Avropa Komissiyası kimi Üzv Təşkilatının yüksək səviyyəli rəsmiləri iştirak etmişlər. Bununla yanaşı, BMT-nin digər Təşkilatları, bir sıra Hökumətlərarası və Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransda müşahidəçi qismində tədbirə qoşulmuşlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti