...

Azərbaycanda bəzi məhsulların idxal və satışı ƏDV-dən azad edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 17:11 (UTC +04:00)
Azərbaycanda bəzi məhsulların idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Azərbaycanda bəzi məhsulların idxal və satışı ƏDV-dən azad edilib

Bakı. Trend:

Azərbaycanda bəzi məhsulların idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında qəbul edilən "Vergi Məcəlləsinə" dəyişikliklər nəzərdə tutur.

Dəyişikliklərə əsasən, damazlıq heyvan idxalı və satışı, toxum və tinglərin idxal və satışı, mineral gübrələr, pestisidlərin idxalı, toxumların yetişdirilməsi, laboratoriya avadanlıqları, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanları və quşlarının profilkatikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikanın idxalı və satışı ƏDV-dən azad olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti