...

"Banklar haqqında" qanuna dəyişikliklər qəbul edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 15:49 (UTC +04:00)
Bu gün Milli Məclis plenar iclasında "Banklar haqqında" qanuna əlavə və dəyişiklikləri qəbul edib.
"Banklar haqqında" qanuna dəyişikliklər qəbul edildi

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Milli Məclis plenar iclasında "Banklar haqqında" qanuna əlavə və dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən dəyişikliklərə əsasən, banka aiddiyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək.

Eyni dəyişiklik Müşahidə Şurasının səlahiyyətlərində də nəzərdə tutulub. Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5%-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətinə daxildir.

Digər tərəfdən, bundan sonra banklar banklarla aidiyyəti olan şəxslərin adından çıxış edən şəxslərlə əməliyyatlar aparmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti