...

Təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı vergi dərəcələri artırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 19:09 (UTC +04:00)
Milli Məclis bu gün plenar iclasında Vergi Məcəlləsinə təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə vergi dərəcəsinin artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Təyinatı üzrə istifadə edilməyən torpaqlarla bağlı vergi dərəcələri artırılır

Bakı. Azad Həsənli - Trend:

Milli Məclis bu gün plenar iclasında Vergi Məcəlləsinə təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə vergi dərəcəsinin artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib.

Trend-in məlumatına görə, dəyişikliklər təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsinin torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini və dövlət büdcəsinə ödənilməsini nəzərdə tutur.

Bundan başqa, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisi dərəcəsinin 1 şərti bal üçün 0,06 manat müəyyən edilməsini və yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti