...

Elman Rüstəmov: Pul kütləsinin proqnozlaşdırılması - Mərkəzi Bankın əsas məqsədidir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2016 12:03 (UTC +04:00)
Manat üzən məzənnəyə keçdikdən sonra Azərbaycan Mərkəzi Bankının əsas məqsədi pul kütləsinin proqnozlaşdırılmasından ibarətdir.
Elman Rüstəmov: Pul kütləsinin proqnozlaşdırılması - Mərkəzi Bankın əsas məqsədidir (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Manat üzən məzənnəyə keçdikdən sonra Azərbaycan Mərkəzi Bankının əsas məqsədi pul kütləsinin proqnozlaşdırılmasından ibarətdir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüsəmov bildirib: "Bu bizə inflyasiyaya, eləcə də pul kütləsi vasitəsilə manatın məzənnəsinə təsir göstərməyə imkan verir".

Onun sözlərinə görə, Mərkəzi Bankın ilin sonu üçün artıq müəyyən hədəf göstəriciləri var: "Bizim artıq inflyasiya və maliyyə sabitliyi göstəriciləri üzrə, eləcə də ümumilikdə makroiqtisadi sabitlik üzrə müəyyən hədəflərimiz var".

E.Rüstəmovun sözlərinə görə, hazırda Azərbaycanda çox yaxşı koordinasiya olunmuş pul-kredit və makroiqtisadi siyasət aparılır: "Bu siyasət müvafiq orqanlarla, ilk növbədə Maliyyə Nazirliyi ilə yaxşı koordinasiya olunb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti