...

"MEDEF International" böyük nümayəndə heyəti ilə Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2016 18:36 (UTC +04:00)
"MEDEF International" nümayəndə heyətinin şərəfinə, həmçinin Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez tərəfinən qəbul təşkil ediləcək.
"MEDEF International" böyük nümayəndə heyəti ilə Bakıya gəlir

Bakı. Trend:

10-13 may 2016-cı ildə "MEDEF International" təşkilatı bank, tikinti, infrastruktur, telekommunikasiya, nəqliyyat, logistika, şəhər xidmətləri, ətraf mühit, müdafiə, enerji, turizm, konsaltinq, daşınmaz əmlak, kənd təsərrüfatı və qida sənayesi kimi 12 sahəni təmsil edən şirkətlərin, böyük qrupların və KOM-ların rəhbərlərindən və nümayəndələrindən ibarət 40 nəfərlik heyətlə Bakıya səfər edəcək.

Fransanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, "MEDEF International" təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və "Suez" şirkətinin direkor müavini xanım Mari-Anj Döbonun başçılıq edəcəyi nümayəndə heyətinin Bakıdakı 3 günlük səfəri Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdiyi dövrdən etibarən bu Şuranın aktiv fəaliyyətinin davamı olaraq həyata keçirilir. Sonuncu dəfə "MEDEF International" 2014-cü ilin may ayında Fransa Prezidentinin Azərbaycana səfəri zamanı 30 şirkət rəhbəri ilə Bakıya səfər etmişdi.

"MEDEF International" təşkilatının Frasnsanın özəl sektoru üçün Azərbaycana həyata keçirdiyi sayca 6-cı səfərinin proqramı Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi və sıx əməkdaşlığı vasitəsilə təşkil olunub. Bu səfər şirkətlərə Azərbaycan hakimiyyət orqanlarının yüksək vəzifəli məmurları və onları maraqlandıran əsas dövlət müəssisələrinin rəhbərləri, yerli böyük şirkətlər və ölkədə aktiv fəaliyyət göstərən beynəlxalq maliyyə institutları ilə görüşüb birbaşa müzakirələr aparmaq imkanı verəcək.

"MEDEF International" nümayəndə heyətinin şərəfinə, həmçinin Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez tərəfinən qəbul təşkil ediləcək. Bu, şirkətlərə səfər zamanı başladıqları müzakirələri davam etdirmək və yerli iş adamları ilə yeni əlaqələr qurmaq üçün yeni fürsətlər verəcək.

Qeyd edək ki, 1989-cu ildə yaradılan "MEDEF International" ikitərəfli səviyyədə MEDEF-i dünyada təmsil edir. O, əsasən, inkişaf etməkdə olan ölkələrdə Fransa şirkətlərinin təcrübəsini, ticarət mübadiləsini, texnologiyalar sahəsində mübadiləni, uzunmüddətli partnyorluğu və investisiyaları təşviq edir.

7100 Fransa şirkəti 81 ikitərəfli coğrafi şura çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edir. Bu şuralar hər il Parisdə və ya xaricdə dünyanın dövlət və özəl sektor sahələrinin nümayəndələri ilə yüksək səviyyədə təşkil olunan 160 görüş zamanı toplanırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti