...

İran Azərbaycana birgə bank və komissiya yaratmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2016 17:55 (UTC +04:00)
İran daha sıx ikitərəfli əməkdaşlıq üçün Azərbaycana birgə bank və pul-kredit komissiyası yaratmağı təklif edib.
İran Azərbaycana birgə bank və komissiya yaratmağı təklif edir

Bakı. Mehdi Sepahvənd, Ənvər Məmmədov - Trend:

İran daha sıx ikitərəfli əməkdaşlıq üçün Azərbaycana birgə bank və pul-kredit komissiyası yaratmağı təklif edib. Trend-in məlumatına görə, bunu İran Mərkəzi Bankının sədri Vəliyullah Seyf Tehranda azərbaycanlı həmkarı Elman Rüstəmovla görüşdə deyib.

V.Seyf Azərbaycanda İran banklarının, İranda isə Azərbaycan banklarının filiallarının açılmasını təklif edib.

Öz növbəsində, E.Rüstəmov birgə hesabların açılması ideyasını dəstəkləyib, lakin bunu Azərbaycan Beynəlxalq Bankı vasitəsilə etməyi təklif edib.

Onun sözlərinə görə, birgə bankın yaradılması iki ölkə arasında bank sahəsində əlaqələri də gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti