...

AXA MBASK tələbələr üçün növbəti kurslar təşkil edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 14:47 (UTC +04:00)
AXA MBASK Sığorta şirkətinin “AXA MBASK Akademiya” proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetin tələbələri üçün keçirtdiyi “Sığorta işinin təşkili” adlı növbəti nəzəri kurslar başa çatıb.
AXA MBASK tələbələr üçün növbəti kurslar təşkil edib (FOTO)

Bakı. Trend:

AXA MBASK Sığorta şirkətinin "AXA MBASK Akademiya" proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetin tələbələri üçün keçirtdiyi "Sığorta işinin təşkili" adlı növbəti nəzəri kurslar başa çatıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu kursların əsas məqsədi təhsil müəssisələri ilə əməkdaşlığın təşkili, peşəkar istiqamətləndirmə, sığorta və maliyyə işində ixtisaslaşan tələbələrə dəstək verilməsidir.

İki gün davam edən kurs sayəsində tələbələr şirkətin iş xüsusiyyətini öyrənərək, sığorta məhsullarının satışı texnologiyası, anderraytinq, şirkətin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi sahəsində biliklər, eləcə də risklərin idarə edilməsi üzrə ixtisaslaşdırılmış məsləhətlər əldə ediblər.

Mühazirələr AXA MBASK-ın menecerləri və aparıcı mütəxəssisləri tərəfindən aparılıb.

Kursun sonunda 75 tələbəyə müvafiq sertifikatlar təqdim edilib.

Əlavə olaraq, bütün tələbələr praktiki kurslara dəvət olunub. Praktiki kursun nəticələrinə görə, ən uğurlu tələbələr, şirkətdə gələcəkdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti