...

Quba sahibkarlarının investisiya layihələrinin qəbuluna start verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2016 14:39 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Quba sahibkarlarının investisiya layihələrinin qəbuluna start verilir

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 12-də Quba rayonunun Barlı kəndində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- müasir meyvə-tərəvəz emalı zavodunun yaradılması;
- intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti