...

Nazir: Azərbaycanda səyyar kənd təsərrüfatı sərgiləri təşkil ediləcək (FOTO) (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2016 11:28 (UTC +04:00)
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 22 bölgəsində səyyar sərgiləri təşkil etməyi planlaşdırır.
Nazir: Azərbaycanda səyyar kənd təsərrüfatı sərgiləri təşkil ediləcək (FOTO)  (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ölkənin 22 bölgəsində səyyar sərgilər təşkil etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Kənd təsərrüfatı naziri Heydər Əsədov 22-ci Azərbaycan Beynəlxalq "Qida sənayesi" və 10-cu Azərbaycan Beynəlxalq "Kənd təsərrüfatı" sərgilərinin açılışında deyib.

Onun sözlərinə görə, bu, bölgələrdə yaşayan əhaliyə Azərbaycanın və digər ölkələrin kənd təsərrüfatı sahəsində nailiyyətləri ilə yaxından tanış olmağa kömək edəcək.

Nazir qeyd edib ki, belə sərgilərin keçirilməsi Azərbaycanın aqrar sektorundakı uğurlarını ictimaiyyətə çatdırmaq üçün çox vacibdir: "Belə sərgilərin keçirilməsi aqrar sənaye kompleksi sahəsində digər ölkələrlə təcrübə mübadiləsi baxımından da vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti