...

Nazir müavini: Aİ Azərbaycanda bir neçə tvininq-layihə hazırlayır (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2016 11:59 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanda təqribən 9 milyon avro məbləğində 9 tvininq-layihə hazırlayır.
Nazir müavini: Aİ Azərbaycanda bir neçə tvininq-layihə hazırlayır  (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda təqribən 9 milyon avro məbləğində 9 tvininq-layihə hazırlayır. Trend-in məlumatına görə, bunu jurnalistlərə İqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, hər bir layihənin hazırlanmasına orta hesabla bir il yarım vaxt gedir.

S.Babayev qeyd edib ki, hər bir layihə iki il ərzində reallaşdırılır: "Yeni layihələr ədliyyə, təhsil, kənd təsərrüfatı sahələrində hazırlanır. Hər bir layəhinin dəyəri təqribən 1 milyon avrodur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti