...

Qordon Birrel: BP Azərbaycanla davamlı əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2016 16:32 (UTC +04:00)
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qordon Birrel: BP Azərbaycanla davamlı əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir

Bakı. Trend:

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

BP şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha da məhsuldar inkişafına ümid edir. Əminəm ki, BP ilə Azərbaycan Hökuməti arasında dostluq əlaqələri daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə yeni-yeni uğurlar, Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti