...

Əli Həsənov: Bu gün Azərbaycan manatı artıq stabildir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2016 02:14 (UTC +04:00)
Bu gün Azərbaycan manatı artıq stabildir, amma qarşıdakı proselərdə nə baş verəcəyini, əlbəttə bu sahəyə nəzarət edən insanlar proqnozlaşdırır və yəgin ki, idarə etməyə çalışırlar və idarə edəcəklər.
Əli Həsənov: Bu gün Azərbaycan manatı artıq stabildir

Bakı. Trend:

Bu gün Azərbaycan manatı artıq stabildir, amma qarşıdakı proselərdə nə baş verəcəyini, əlbəttə bu sahəyə nəzarət edən insanlar proqnozlaşdırır və yəgin ki, idarə etməyə çalışırlar və idarə edəcəklər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ANS-ə açıqlamasında deyib.

Ə. Həsənovun sözlərinə görə, dünyanın bütün ölkələrində iqtisadi böhran yaşanarkən, milli valyuta devalvasiyaya məruz qalarkən, ölkənin əsas valyuta mənbələri azalarkən və yaxud onların qiyməti aşağı düşərkən, əlbəttə, yükün bir qismi əhalinin üzərinə düşür: "Azərbaycanda devalvasiya yaşanandan mühüm probləmlərdən biri məhz əhalinin banklara olduğu borcları məsələsidir. Bu məsələ ətrafında uzun müddət cəmiyyətdə müzakirələr keçir, düşünürük ki, bu da zaman-zaman aradan qalxacaq".

Azərbaycan Prezidentinin köməkçisi onu da qeyd edib ki, bank sektoru həddindən artıq ciddi gərginlik qarşısında fəaliyyət göstərməyə məcbur olur: "Əhali də götürdüyü kreditləri geri qaytarmaqda çətinlik çəkir və istər-istəməz məqsədli kredit siyasəti müəyyən qədər çətinliklə üzləşir".

"Amma düşünürəm ki, Azərbaycan dövləti qadirdi, yavaş-yavaş bu problemləri aradan qaldıracaq. Əlbəttə, bunlarla bağlı ayrı-ayrı sahələr üzrə iş gedir, Prezidentin islahatlar üzrə xüsusi bir köməkçi xidməti yaradılıb və xidmət də bu fəaliyyətlə məşğuldur. Azərbaycanda bank, maliyyə sektoruna nəzarət üzrə xüsusi bir agentlik yaradılıb, o agentlik də bu fəaliyyətlə məşğuldur. Düşünürəm ki, stabilləşmə artıq mövcuddur", deyə Ə. Həsənov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti