...

Kapital Bank uşaqlar üçün "Bankir oldum" layihəsini təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2016 13:02 (UTC +04:00)
Kapital Bank 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bankir oldum” adlı sosial layihə həyata keçirib.
Kapital Bank uşaqlar üçün "Bankir oldum" layihəsini təşkil edib

Bakı. Trend:

Kapital Bank 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Bankir oldum" adlı sosial layihə həyata keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, layihə çərçivəsində 5-7 yaşında olan uşaqları 1 iyun tarixində Kapital Bank-ın əməkdaşlarını əvəz ediblər.

Kapital Bank-ın İdarə Heyətinin sədri, müavinləri, həmçinin bir sıra departamentlərinin direktorlarını və filial əməkdaşlarını əvəz edən uşaqlar, gün ərzində toplantılar keçiriblər və müxtəlif qərarlar qəbul ediblər. Layihənin əsas məqsədi uşaqlara bank əməkdaşları vəzifəsində unudulmaz gün yaşatmasına, həmçinin onların gələcəkdə peşə seçərkən daha həssas olmasına istiqamətlənib.

Qeyd edək ki, Kapital Bank korporativ sosial məsuliyyət çərçivəsində, daim müxtəlif təhsil və idman layihələrini dəstəkləyir. Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti