...

"Xammal və material resurslarından səmərəli istifadə" mövsuzunda forum keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2016 15:04 (UTC +04:00)
Bu gün Sumqayıt şəhərində BMT Sənaye İnkişafı Təşkilatının “Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal” (RSDTİ) proqramı çərçivəsində “Xammal və material resurslarından səmərəli istifadə” mövsuzunda forum keçirilib.
"Xammal və material resurslarından səmərəli istifadə" mövsuzunda forum keçirilib

Bakı. Trend:

Bu gün Sumqayıt şəhərində BMT Sənaye İnkişafı Təşkilatının "Resurs Səmərəliliyi və Daha Təmiz İstehsal" (RSDTİ) proqramı çərçivəsində "Xammal və material resurslarından səmərəli istifadə" mövsuzunda forum keçirilib.

Dövlət qurumlarının, yerli idarəetmə orqanlarının, biznes dairələrinin və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə keçirilən forumda sənaye istehsalında xammal və materialların səmərəli istifadəsi sahəsində imkanlar və nəticələr müzakirə edilib və bu sahədə ən yeni yanaşmalar barədə fikir mübadiləsi aparılıb.

Maraqlı tərəflər üçün təşkil olunan silsilə forumlar RSDTİ-nin yerli şəraitə uyğunlaşdırılmasının bir mərhələsi olmaqla hökumət nümayəndələri, müəssisələr və vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən RSDTİ praktikasının təkmilləşdirilməsi üçün platformanı təmin edir. Forumların davamlı olaraq keçirilməsi maraqlı tərəflər arasında əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı anlaşılmanın inkişaf etməsinə xidmət edir və biznesin təbii inkişafı və formalaşmasına impuls verir. RSDTİ-nin əsas iqtisamətləri enerji, xammal və materiallardan səmərəli istifadə, emissiyaların, bərk tullantıların və istehsalat tullantılarının azaldılmasından ibarətdir.

Forum ölkədə əlverişli inkluziv və dayanıqlı sənaye inkişafının tətbiqi nəzərə alınmaqla milli inkişafın məqsədləri və özəl sektorun maraqları kontekstində Azərbaycanda RSDTİ yanaşmasının məqsədəmüvafiqliyi və faydalarını tədqiq edir. Forumun nəticələri gələcək kommunikasiya və dəstək fəaliyyətləri üçün əsas olmaqla emal sənayesində fəaliyyət göstərən şirkətlərin öz bizneslərinin genişləndirilməsinin yolu kimi RSDTİ-nin adaptasiyası və qəbul edilməsi məqsədlərinə xidmət edəcək.

Avropa Komissiyası tərəfindən təsis edilmiş EaP GREEN (Ətraf mühit və artım üçün tərəfdaşlıq) Proqramı Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrinin hökumətlərinə yaşıl iqtisadiyyata keçidin başlanılması üçün dəstək göstərir (http://www.eap-green.org). EaP GREEN OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) koordinasiyası ilə bir sıra beynəlxalq təşkilatlar - UNECE (BMT-nin Avropa İqtisadi Komissiyası), UNEP (BMT-nin Ətraf Mühit Proqramı) və UNİDO (BMT-nin Sənayenin İnkişafı Təşkilatı) tərəfindən həyata keçirilir. Proqram çərçivəsində UNIDO Azərbaycanda Resurs Səmərəliliyi və Daha Təmiz İstehsalat (RSDTİ) Proqramını həyata keçirir.

RSDTİ qlobal miqyasda təsdiqini tapmış yanaşma olmaqla emal sənayesi və digər sahələrdə müəssisələrin məhsuldarlığının artırılmasına və ətraf mühitə olan təsirlərin azaldılmasına xidmət edir (www.unido.org/cp). Bu biznes ətraf mühit və iqlim və geniş miqyasda iqtisadiyyat və cəmiyyət üçün faydalıdır, həmçinin Azərbaycanda 2014-cü ilin ortalarından başlayaraq səkkiz şirkətdə aparılmış RSDTİ qiymətləndirilməsinin nəticələrinin timsalında öz təsdiqini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti