...

Xiyar, pomidor ucuzlaşıb, alma bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2016 15:43 (UTC +04:00)
Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə artıb.
Xiyar, pomidor ucuzlaşıb, alma bahalaşıb

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin yanvar-may aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,9 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz artıb.

Trend-in Dövlət Statistika Komitəsininin saytına istinadən verdiyi məlumata görə, 2016-cı ilin may ayında aprelə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,8 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz artıb.

Ay ərzində bitkiçilik məhsullarından xiyarın, pomidorun, lobyanın və kələmin istehsalçı qiymətlərində azalma, çay yarpağının və almanın istehsalçı qiymətlərində isə artım müşahidə olunub.

Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. May ayında heyvandarlıq məhsullarından südün, qoyun və keçilərin istehsalçı qiymətlərində azalma, yumurtanın, donuz və quş ətinin istehsalçı qiymətlərində isə artım müşahidə olunub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti