...

Vahid Ələkbərov: Neft qiymətlərinin "azalma piki" artıq keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2016 15:32 (UTC +04:00)
"Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov hesab edir ki, neft qiymətlərinin "azalma piki" artıq keçib.
Vahid Ələkbərov: Neft qiymətlərinin "azalma piki" artıq keçib

Bakı. Elçin Hüseynov - Trend:

"Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov hesab edir ki, neft qiymətlərinin "azalma piki" artıq keçib və "qara qızıl" hasilatının dondurulmasına dair danışıqların bərpa edilməsinə ehtiyac yoxdur.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə V.Ələkbərov jurnalistlərə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

O deyib ki, kritik vəziyyət artıq arxada qalıb: "Biz "azalma piki"ni keçmişik. Hesab edirəm ki, neft artıq 30 dollardan aşağı enməz".

V.Ələkbərov bildirib ki, neftin ədalətli qiyməti bir barel üçün 60 dollar civarındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti