...

Azərbaycan və Rusiya əczaçılıq şirkəti yaradırlar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 13:59 (UTC +04:00)
Azərbaycanın “Vita-A” investisiya şirkəti və Rusiyanın “R-farm” şirkəti arasında Azərbaycanda əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb.
Azərbaycan və Rusiya əczaçılıq şirkəti yaradırlar (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumunda Azərbaycanın “Vita-A” investisiya şirkəti və Rusiyanın “R-farm” şirkəti arasında Azərbaycanda əczaçılıq istehsalının təşkil edilməsi haqqında memorandum imzalanıb.

Trend-in məlumatına görə, iqtisadiyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə deyib ki, "Hayat Pharm" adlanan yeni müəssisənin məhsulları təkcə daxili bazarın tələbatını qarşılamayacaq, həm də gələcəkdə həmin məhsulları ixrac etmək planlaşdırılır.

“Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatının prezidenti Aleksey Repik isə jurnalistlərə bildirib ki, müəssisənin yaradılmasına qoyulacaq sərmayələrin həcmi ilkin mərhələdə 10 milyonlarla dollar təşkil edəcək.

Biznes-forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Delovaya Rossiya” Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq haqqında, AZPROMO və ”Viktoriya Esteyt” İdarəçi Şirkəti MMC arasında həm Moskva vilayəti ərazisində (“Victoria Industrial Park” sənaye parkı), həm də Azərbaycan ərazisində sənaye və kənd təsərrüfatı sahələrində investisiya layihələrinin təşviqi haqqında, AZPROMO və Bank VTB (Azərbaycan) arasında isə əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti