...

Elman Rüstəmov: "Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılması siyasətini həyata keçirəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 18:59 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılması siyasətini həyata keçirəcək.
Elman Rüstəmov: "Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılması siyasətini həyata keçirəcək"

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılması siyasətini həyata keçirəcək.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Trend-ə verilən məlumata görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov UNEC-də “İqtisadi artım və makroiqtisadi siyasət” mövzusunda məruzə ilə çıxış edərkən deyib.

E.Rüstəmov son 10 ildə qazanılan makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, monetar siyasət, bankların kapitallaşması barədə ətraflı məlumat verib: "Regionda son dövrlər baş verən hadisələrə və dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlayıb".

O, iqtisadiyyatda qeydə alınan müsbət dinamikanın qeyri-neft sektorunun inkişafı hesabına təmin edildiyini deyib: “Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ən yüksək göstəricidir”.

AMB sədri makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bankın hökumətlə birgə həyata keçirəcəyi kompleks tədbirlərdən də danışıb. Bank sektorunda maliyyə sabitliyinin qorunmasının prioritetlərdən biri olduğunu bildirən E.Rüstəmov banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüldüyünü də qeyd edib.

E.Rüstəmov nağdsız ödənişlərin inkişafı, elektron ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsinın Mərkəzi Bankın fəaliyyətinin mühüm hədəflərindən olduğunu da vurğulayıb: “Yeni çağırışlardan irəli gələn vəzifələrin icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafı vacib rol oynayacaq. Mərkəzi Bank 2016-cı ildə pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən siyasət həyata keçirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti