...

"AtaBank" hərbçimizin kredit borcunu bağışladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2016 17:49 (UTC +04:00)
“AtaBank” ASC Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq, hərbçimizin kredit borcunu bağışladı.
"AtaBank" hərbçimizin kredit borcunu bağışladı

Bakı. Trend:

“AtaBank” ASC Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq, Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.

Məmmədov Anar Yaşar oğlu döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində sağ ayağından qəlpə yaraları almış və sol qolunu dirsəkdən yuxarı itirmişdir.

Hərbçimiz “AtaBank”ın mərkəzi filialına dəvət olunmuş və İdarə Heyəti sədrinin müavinləri Səbuhi Əliyev və Rauf Hüseynovla görüşmüşdür. Görüş zamanı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini S.Əliyev məsələ ilə bağlı bildirmişdir ki, "AtaBank" ASC olaraq biz maliyyə bazarında yenilikçi missiyamızla yanaşı, vətənpərvərlik ruhuna da sadiq qalırıq: "Fikrimizcə, belə anlarda xalq olaraq birlik nümayiş etdirməli və bir-birimizə dəstək olmalıyıq. Hər bir bank, şirkət, vətəndaş cəmiyyət qarşısında məsuliyyətini unutmamalıdır”.

“AtaBank” ASC 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin bütün əməkdaşlarını və Azərbaycan xalqını təbrik edir.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank olmaqdadır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti