...

Palata: "Brexit"in Azərbaycanda maliyyə sabitliyinə dərhal təsiri üçün fundamental əsaslar yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2016 12:56 (UTC +04:00)
“Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur.
Palata: "Brexit"in Azərbaycanda maliyyə sabitliyinə dərhal təsiri üçün fundamental əsaslar yoxdur

Bakı. Trend:

Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı keçirilmiş referendumun (“Brexit”) yekunları dünya bazarlarında dalğalanmaları aktivləşdirib.

Öncədən 23 iyun 2016-cı il tarixinə təyin olunmuş referendumun nəticələrinin ölkəmizdə də əhali və biznesin həssas davranışına səbəb ola biləcəyini nəzərə alaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bir müddətdir ki, bu prosesslərin Azərbaycan iqtisadiyyatına təsiri kanallarını araşdırır, maliyyə sabitliyinin qorunması üçün tədbirlər həyata keçirir.

Palatadan Trend-ə verilən məlumata görə, “Brexit”in keçid müddətində qlobal əmtəə, əmək və maliyyə bazarlarında qeyri-müəyyənlikləri artıracağı gözləntiləri əsasında aparılmış təhlillər göstərir ki, Azərbaycanın xarici ticarətinin strukturu və dinamikası, əsas ticarət tərəfdaşları ilə ABŞ dolları əsasında formalaşmış münasibətləri, habelə maliyyə institutlarının aktiv və öhdəliklərinin valyuta strukturu onun ölkəmizin iqtisadiyyatına, o cümlədən maliyyə sisteminə birbaşa təsirini əhəmiyyətli dərəcədə minimallaşdırıb.

Bununla belə, cari ilin 24 iyun tarixində xüsusilə valyuta bazarının monitorinqi zamanı bir qədər həssas davranış müşahidə edilib. Bu, fundamental iqtisadi faktorlarla deyil, əsasən, xarici maliyyə bazarları ilə bağlı informasiya ekspansiyası ilə izah olunur.

Palata qeyd edir ki, “Brexit”in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsiri üçün fundamental əsaslar yoxdur. MBNP bu sahədə monitorinqləri davam etdirir və “Brexit”in ölkə iqtisadiyyatına dolayı, o cümlədən psixoloji təsirinin neytrallaşdırılması üçün işlər görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti