...

İşğal edilmiş ərazilərimizdə Macarıstan şirkətləri fəaliyyət göstərməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2016 15:38 (UTC +04:00)
Azərbaycan ərazisində istehsal edilən, lakin ölkənin müvafiq orqanlarının mənşə sertifikatı vermədiyi mallar Macarıstan ərazisinə buraxılmayacaq.
İşğal edilmiş ərazilərimizdə Macarıstan şirkətləri fəaliyyət göstərməyəcək

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan ərazisində istehsal edilən, lakin ölkənin müvafiq orqanlarının mənşə sertifikatı vermədiyi mallar Macarıstan ərazisinə buraxılmayacaq.

Trend-in məlumatına görə, iki ölkə arasında bu razılaşma Bakıda Azərbaycan-Macarıstan İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında imzalanmış anlaşma memorandumu çərçivəsində əldə olunub.

Macarıstan fiziki və hüquqi şəxslərini məlumatlandıracaq ki, onlar Azərbaycanın işğal edilmiş ərazilərində sərmayə qoymaqdan və ya hər hansı xidmət göstərməkdən çəkinsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti