...

Azərbaycanda antidempinq haqqında normativ baza yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2016 19:34 (UTC +04:00)
Azərbaycanda antidempinq haqqında normativ baza yaradılır.
Azərbaycanda antidempinq haqqında normativ baza yaradılır

Bakı. Trend:

Azərbaycanda antidempinq haqqında normativ baza yaradılır.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kəpəz TV-yə (Region TV) müsahibəsində deyib.

A.Əliyev bildirib: "Azərbaycandan ixrac olunan kənd təsərrüfatı malları ilə yanaşı, yeyinti məhsullarının ixracı zamanı Rusiya tərəfində "yaşıl dəhliz"in yaradılması ilə bağlı müvafiq sənəd imzalamışıq. Sənəd bu gün də işləyir. Azərbaycandan ixrac olunan məhsulların arasında sanksiya qoyulan ölkələrin məhsulunun olub-olmaması ilə bağlı müəyyən araşdırma aparıldığından həmin mallar sərhəddə saxlanılır, laboratoriyaya aparılırdı".

Onun sözlərinə görə, hər bir inkişaf edən ölkə daxili istehsal və daxili bazarı qorumaq istəyirsə, orada mütləq antidempinq haqqında normativ baza olmalıdır: "Artıq bu, Azərbaycanda da yaradılır. Gömrük Komitəsi də bu istiqamətdə müvafiq qurumlara öz təkliflərini göndərib. Azərbaycan iqtisadiyyatının təhlükəsizliyini qoruyan dövlət təşkilatı olaraq biz Azərbaycan istehsalı olan məhsullara daha artıq rüsumun tətbiqi, eyni zamanda istehsalla bağlı gətirilən xammalın komponentlərinə gömrük rüsumlarının aşağı salınması ilə bağlı hökumətə və Maliyyə və İqtisadiyyat nazirliklərinə öz təkliflərimizi bildirmişik".

Qeyd edək ki, son dövrlərdə azərbaycanlı fermerlər tərəfindən istehsal edilən və Rusiya Federasiyasına ixrac olunan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyəti qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılır, ya da müvafiq laborator yoxlamalar adı altında uzun müddət sərhəddə yubadılırdı. Problemin bir daha yaşanmaması üçün hər iki ölkə arasında müvafiq razılıq əldə olunub.

Devalvasiya və gömrük sahəsində aparılan islahatlardan sonra bəzi sahibkarlar gömrük rüsumlarının qaldırıldığını bildirirdilər. A.Əliyev sahibkarların səsləndirdiyi 36%-lik rüsuma da fikir bildirib:

"Rüsumlarda dəyişikilik yoxdur. Sıfır dərəcəsindən 15% dərəcəsinə qədər, eyni zamanda 18%-lik ƏDV həmişə tətbiq olunurdu. Ümumi rəqəmlə götürdükdə 35.7% həmişə hansı mallara tətbiq olunubsa, yenə elədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti