...

Səfir: İndoneziya Azərbaycana təyyarə, qatar, tanker satmaq istəyir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2016 14:40 (UTC +04:00)
İndoneziya Azərbaycanla siyasi və iqtisadi əlaqələri genişləndirmək və onları Azərbaycan-Türkiyə qardaş münasibətləri səviyyəsinədək inkişaf etdirməyi arzulayır.
Səfir: İndoneziya Azərbaycana təyyarə, qatar, tanker satmaq istəyir (FOTO)

Bakı. Anaxanım Hidayətova - Trend:

İndoneziya Azərbaycanla siyasi və iqtisadi əlaqələri genişləndirmək və onları Azərbaycan-Türkiyə qardaş münasibətləri səviyyəsinədək inkişaf etdirməyi arzulayır. Bunu Trend-ə İndoneziyanın Bakıdakı səfiri Hüsnan Bəy Fanani deyib.

O bildirib: "Halal məhsul daxil olmaqla Azərbaycan bazarını istənilən xidmət və mal növləri ilə təmin edə bilərik. Azərbaycana yük və sərnişin təyyarələri və tankerlərimizi sata bilərik.

Səfir qeyd edib ki, İndoneziya azərbaycanlı sərmayədarları neft emalı zavodu tikməyə dəvət edir.

Diplomat gələn il İndoneziya Prezidenti Coko Vidodonun Azərbaycana səfər edəcəyinin gözlənildiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti