...

Azərbaycan və Fransa arasında regionlararası idarəetmə komitəsi yaradıla bilər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2016 16:35 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Foru qəbul edib.
Azərbaycan və Fransa arasında regionlararası idarəetmə komitəsi yaradıla bilər (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Foru qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Fransa arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsində regionlararası əməkdaşlığın xüsusi rolunu qeyd edib.

Hazırda Azərbaycanın 13 şəhəri ilə Fransanın 11 şəhəri və 1 vilayəti fəal əməkdaşlıq edir. Bu baxımdan, Gəncədə keçirilən beynəlxalq üzüm və şərab festivalları, ötən il Parisdə təşkil olunmuş qida və kənd təsərrüfatı məhsullarının sərgisi, biznes forumlar önəmlidir.

Qeyd edilib ki, regionlararası əməkdaşlığın genişləndirilməsi həmçinin, mədəniyyətlərin təbliğinə, xalqların bir-birini tanımasına böyük töhfə verə bilər. Görüşdə regionlararası əməkdaşlığın əlaqələndirilməsi məqsədilə Azərbaycanla Fransa arasında regionlararası idarəetmə komitəsinin yaradılması məsələsi müzakirə edilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdıran nazir Ş.Mustafayev regionlararası əməkdaşlığın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

B.For Azərbaycana ilk dəfə səfər etdiyini, ölkəmizdəki yüksək inkişafın onda böyük təəssürat yaratdığını qeyd edib, ikitərəfli əlaqələrin, o cümlədən regionlararası əməkdaşlığın genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti