...

Nikoil Bank-ın Məlumat Mərkəzi 6 yaşını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2016 18:09 (UTC +04:00)
Nikoil Bank-ın xüsusi (012) 981 qısa nömrəli, “Təcili bank yardımı” şüarlı Məlumat Mərkəzi şöbəsi uğurla xidmət göstərir.
Nikoil Bank-ın Məlumat Mərkəzi 6 yaşını qeyd edir

Bakı. Trend:

Nikoil Bank-ın əsas vəzifələrindən biri müştərilərin bankla rahatlıqla əlaqədə olması üçün çalışmaqdır.

Bankdan Trend-ə verilən məlumata görə, artıq 6-cı ildir ki bankın müştəriləri üçün Nikoil Bank-ın xüsusi (012) 981 qısa nömrəli, “Təcili bank yardımı” şüarlı Məlumat Mərkəzi şöbəsi uğurla xidmət göstərir.

Məlumat Mərkəzinin xidmətindən faydalanmaq istəyən hər bir şəxs bankın əməkdaşları ilə əlaqə quraraq, dərhal bankın məhsulları, xidmətləri, cari aksiyaları barədə məlumat ala bilər, təklif edilən kredit məbləğini hesablaya bilər, aylıq ödənişi, təcili depozit üzrə gəliri, bundan əlavə bankın filial şəbəkəsinin və bankomatlarının ünvanlarını öyrənə bilərlər.

Nikoil Bank Məlumat Mərkəzinin iş rejimi saat 09:00-dan 18:00-a qədərdir. Bu yaxınlarda Nikoil Bank xidmətin keyfiyyətinin artırılması ilə əlaqədar yeni funksional xidmət gündəmə gətirib.

Bankın müştəriləri bank məhsulları, bank xidmətləri ilə əlaqəli yeni təkliflərin, şikayətlərin və istəklərin yaranması halında (012) 981 qısa nömrəsinə zəng edərək və əlavə olaraq 8000 yığaraq öz fikirlərini bildirə bilərlər. Müştərilər səsli məktub vasitəsilə avtomatik qeydiyyatdan keçdikdən sonra bankın xüsusi qrupunun əməkdaşları müraciətlərlə əlaqəli geri zəng edərək bu və ya digər təklifin baxılma müddəti, şikayət və ya qeydlər etmək arzusunda olanları məlumatlandıracaqlar.

Bu xidmət, istirahət günləri də daxil olmaqla, müştərilərə 24 saatlıq fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur.

Bu gün Nikoil Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Nikoil Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq, və ya sosial şəbəkədəki rəsmi səhifəsinə müraciət etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti