...

Azərbaycanda kənd turizminin inkişafı üçün hansı güzəştlər lazımdır?

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2016 16:25 (UTC +04:00)
Azərbaycanda kənd turizminin inkişafı üçün vergi güzəştlərinin tətbiq olunması təklif edilir.
Azərbaycanda kənd turizminin inkişafı üçün hansı güzəştlər lazımdır?

Bakı. Azad Həsənli – Trend:

Azərbaycanda kənd turizminin inkişafı üçün vergi güzəştlərinin tətbiq olunması təklif edilir. Bu, milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinin hazırlanması çərçivəsində ölkə hökumətinə təqdim edilən təkliflər paketində nəzərdə tutulub.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Trend-ə bildirib ki, turistlər üçün nəzərdə tutulan müxtəlif suvenir və məhsullar istehsal edən, həmçinin turistlərə öz evini icarəyə verən region sakinlərinin gəlir vergisindən azad edilməsi təklif olunur.

O deyib: "Biz iki ildən beş ilədək müddətinə vergi güzəştlərinin tətbiq edilməsini təklif edirik. Bu, regionların dinamik inkişafına təkan verəcək və paytaxtdan regionlara işçi qüvvəsinin axınına gətirib çıxaracaq".

Bundan başqa, turizmlə məşğul olan kiçik və orta sahibkarlara uzunmüddətli kreditlərin aşağı faiz dərəcələri ilə verilməsi təklif edilir.

R.Quliyev əlavə edib ki, sağlamlıq turizminin payını artırmaq məqsədilə marketinq işi davam etdiriləcək: “2017-ci ilədək lokal və xarici infoturların sayını iki dəfə artırmağı planlaşdırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti