...

Texniki səbəblərdən yubanan Moskva-Bakı reysinin sərnişinləri başqa təyyarə ilə uçacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2016 09:39 (UTC +04:00)
"Azərbaycan Hava Yolları"nın yerli vaxtla saat 02:30-da Bakıda enməli olan J2 8853 Moskva-Bakı reysi texniki səbəblər üzündən Moskvadan uçmayıb.
Texniki səbəblərdən yubanan Moskva-Bakı reysinin sərnişinləri başqa təyyarə ilə uçacaqlar

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azərbaycan Hava Yolları"nın yerli vaxtla saat 02:30-da Bakıda enməli olan J2 8853 Moskva-Bakı reysi texniki səbəblər üzündən Moskvadan uçmayıb. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları"nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Həmin reysin sərnişinləri Boeing 787 Dreamliner təyyarəsinə yerləşdirliblər. Təyyarə Bakı vaxtı ilə təxminən saat 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti