...

Nazir müavini: Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdi (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2016 12:15 (UTC +04:00)
Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdi.
Nazir müavini: Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdi  (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:15-də yayılıb)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan iqtisadiyyatı xarici şoklara davamlılığını göstərdi.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova "Sənayeləşmə və innovativ inkişaf" mövzusunda keçirilən ictimai müzakirələrdə deyib.

Onun sözlərinə görə, neftin qiymətinin düşməsi və dünya iqtisadiyyatının qeyri-sabit olması Azərbaycan iqtisadiyyatına təsir etdi: "Onların mənfi təsirini aradan qaldırmaq və gələcəkdə daha davamlı müqavimət üçün hökumət bütün səylərini səfərbər etdi və "Azərbaycan-2020: gələcəyə baxış" konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasını sürətləndirməyə başladı".

S.Həsənova qeyd edib ki, bu istiqamətdə ciddi addımlar atılıb, ölkədə biznesin yaradılması üçün şərait yaxşılaşdırılıb.

O əlavə edib ki, biznes subyektlərinin yoxlanılması iki il müddətinə dayandırılıb (dövlət təhlükəsizliyi ilə bağlı yoxlamalar istisna olmaqla): "2015-ci ilin ilk 5 ayında təqribən 4 min yoxlama aparılıbsa, 2016-cı ilin eyni dövründə yalnız 46 yoxlama həyata keçirilib. Bundan başqa, biznesin aparılması üçün verilən lisenziya və icazələrin sayı dəfələrlə azalıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti