...

Türkiyə Bakı-Tbilisi-Qars üçün logistik mərkəz tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2016 17:17 (UTC +04:00)
Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində Qars əyalətində logistik mərkəz tikəcək.
Türkiyə Bakı-Tbilisi-Qars üçün logistik mərkəz tikəcək

Bakı. Maksim Tsurkov, Orxan Quluzadə - Trend:

Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması çərçivəsində Qars əyalətində logistik mərkəz tikəcək.

Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanovla görüş ərəfəsində deyib.

Onun sözlərinə görə, BTQ-nin tikintisi ilin sonunadək başa çatacaq: "Bakı-Tbilisi-Qars dəmir yolunun açılması ilə bu yol vasitəsilə ildə 3 milyon ton yük daşımaq planlaşdırılır. Lakin bu göstərici qısa müddət ərzində 17 və daha artıq milyon tona çatacaq"

Ə.Arslan qeyd edib ki, Türkiyə Qars vilayətində logistik mərkəz tikməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti