...

İqtisadiyyatımızın neft sektoru artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2016 13:11 (UTC +04:00)
2016-cı ilin I yarısının yekunları üzrə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) ümumi həcmi 27 milyard manat təşkil edib.
İqtisadiyyatımızın neft sektoru artıb

Bakı. Ənvər Məmmədov - Trend:

2016-cı ilin I yarısının yekunları üzrə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) ümumi həcmi 27 milyard manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 3,4 faiz azdır.

Trend-in Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, ÜDM-in azalmasına əsas səbəb tikinti sektorunda məhsul və xidmətlər istehsalının həcminin azalmasıdır.

Hesabata əsasən, Azərbaycanın qeyri-neft sektoru 2015-ci ilin I yarısı ilə müqayisədə 6,1 faiz azalıb, onun ÜDM-də payı 65,2 faiz təşkil edib.

Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyər istehsalının həcmi ÜDM-in 34,8 faizini təşkil edib (göstərilən sahədə artım 2,1 faiz olub).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti