...

"AmCham" yeni qanunvericilik qərarını alqışlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2016 17:08 (UTC +04:00)
Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") ölkədə vergi və turizm sektorlarını birləşdirən yeni qanunvericilik qərarını alqışlayır.
"AmCham" yeni qanunvericilik qərarını alqışlayır

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) ölkədə vergi və turizm sektorlarını birləşdirən yeni qanunvericilik qərarını alqışlayır.

Palatadan Trend-ə verilən məlumatda belə deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə iqtisadiyyatın diversifikasiyası və turizmin stimullaşdırmasına dair növbəti fərman imzalayıb. Yeni qanun əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxsiyyətlər tərəfindən Azərbaycan ərazisində alınmış məhsullara tutulan ƏDV-nin qaytarılması qaydasını nizamlayır.

Qanunvericiliyə uyğun olaraq Azərbaycanı ziyarət edən turistlər ƏDV-ni sərhəddə geri ala bilərlər. Xərclərin həcmi 300 AZN-dən çox olmalıdır və xərclərə sənaye və kommersiya fəaliyyəti ilə əlaqədar məsrəflər daxil edilməməlidir.

Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova yeni qanunu alqışlayaraq qeyd edib: “Azərbaycan qanunvericiliyində son dəyişiklər ölkənin turizm sahəsinin sürətli inkişafına yol açır. Bununla yanaşı, turist axınının artması alış-verişi stimullaşdırır və xərclərin artmasına gətirir. Bu qanun Azərbaycan Prezidenti tərəfindən ölkənin iqtisadi inkişafına yönəlmiş mühüm bir addımdır”.

Turist axınının artması yerli sahibkarlığın inkişafına, yerli istehsalın artımına və ümumilikdə iş praktikasının genişlənməsinə stimullaşdırıcı təsir göstərməlidir. Yeni qərarın çoxsaylı effektləri sırasına məlumat bazasının idarəolunma səviyyəsinin artması, elektron vergi hesabının tətbiq olunması, OFE-platformaların örtülməsi, müxtəlif təşkilatlar (Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, özəl banklar, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti) arasında əməkdaşlığın genişləndirilməsi daxildir. Beləliklə, ƏDV-nin geri qaytarılması haqqında son qanun turizm baxımından Azərbaycanın cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək.

Azərbaycanda “AmCham” üzv şirkətlərin biznes maraqlarının inkişaf etdirilməsi, onlara lazımi xidmətlərin göstərilməsi və Azərbaycanda biznes mühitinin yaxşılaşması məqsədi ilə 1996-cı ildən etibarən fəaliyyət göstərir. 12 aprel 2016-cı ildə Amerika Ticarət Palatasının nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev ilə ölkədə iş təcrübəsinin yaxşılaşması istiqamətində növbəti addımları müzakirə etmək üçün görüşüb. Amerika Ticarət Palatası Azərbaycan hökumətinə şəxsi tövsiyələrini göndərməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti