...

AZAL Türkiyəyə uçuş biletlərini dəyişdirir və ya geri qaytarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2016 11:20 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar Azərbaycandan Türkiyəyə ləğv edilmiş təyyarə reyslərinə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.
AZAL Türkiyəyə uçuş biletlərini dəyişdirir və ya geri qaytarır

Bakı. Trend:

Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar Azərbaycandan Türkiyəyə ləğv edilmiş təyyarə reyslərinə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Trend-in məlumatına görə, AZAL bildirir ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın aşağıdakı reysləri təxirə salınıb.

J2-8103 (06:45) Bakı-İstanbul
J2-8075 (08:45) Bakı-İstanbul
J2-8003 (09:10) Bakı-Ankara

Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Türkiyə kurortlarına AZAL reysləri isə heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti