...

Azərbaycan Əfqanıstanla birgə müəssisələr yarada bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2016 19:20 (UTC +04:00)
İyulun 18-də iqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili qəbul edib.
Azərbaycan Əfqanıstanla birgə müəssisələr yarada bilər

Bakı. Trend:

İyulun 18-də iqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili qəbul edib. İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayan Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Polşada keçirilən NATO Sammiti çərçivəsində Əfqanıstanın Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşünü, Əfqanıstanla bağlı sessiyada iştirak etdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında nəqliyyat, loqistika, kənd təsərrüfatı, ticarət və s. sahələr üzrə geniş əməkdaşlıq potensialının olduğu qeyd edilib, ərzaq məhsulları istehsalı üzrə birgə müəssisələrin yaradılması, Əfqanıstanda sement zavodunun tikintisi və birgə pambıq istehsalının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən səfir Məhəmməd Taqi Xəlili ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti