...

İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2016 15:57 (UTC +04:00)
İyulun 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
İqtisadiyyat naziri Zərdabda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

İyulun 22-də iqtisadiyyat naziri Şahin Mustafayev Zərdab şəhərində Ağcabədi, Zərdab və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti nazir tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin qısa müddətdə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan, İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlara ətraflı məlumat verilib, bu müraciətlərin icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı qeyd edilib.

Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi sahələrin inkişafı, müasir heyvandarlıq kompleksinin yaradılması, əkinçilikdə istifadə olunması üçün müasir aqreqat və texnologiyaların gətirilməsi, turizm, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Bundan başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bağçılıq, zəfərançılıq, zeytunçuluq, bərk sortluq buğda və püstə istehsalı və s. sahələr üzrə müvafiq göstərişlər verilib.

Sahibkarlar ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə də qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlardan - lisenziyalaşdırma sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən razılıqlarını ifadə ediblər.

Qəbul günü digər rayonlardan olan vətəndaşlar da Ş.Mustafayev tərəfindən qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli diqqət və qayğıya, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, vətəndaşların Zərdab şəhərində keçirilən qəbul barədə məlumatlandırılması məqsədilə kütləvi informasiya vasitələrində əvvəlcədən elan verilib və vətəndaşların qəbula yazılmaları üçün müvafiq əlaqə vasitələri göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti