...

PAŞA Sığorta eşitmə və nitq qüsuru olan uşaqları və gəncləri sevindirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2016 17:27 (UTC +04:00)
PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət siyasəti çərçivəsində növbəti sosial layihəsini reallaşdırır.
PAŞA Sığorta eşitmə və nitq qüsuru olan uşaqları və gəncləri sevindirəcək

Bakı. Trend:

PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət siyasəti çərçivəsində növbəti sosial layihəsini reallaşdırır. Şirkət bu dəfə eşitmə və nitq qüsuru olan uşaqları və gəncləri sevindirməyi hədəfləyir.

Şirkətdən Trend-ə verilən məlumata görə, PAŞA Sığorta eşitmə və nitq qüsuru olan uşaqlara və gənclərə təqdim olunan implant aparatlarının pulsuz sığortalanmasını və gələcəkdə bu implant aparatlara dəyən zərərlərin qarşılanmasını həyata keçirəcək. Layihə çərçivəsində uşaqlara və gənclərə xüsusi hədiyyələrin təqdim olunması da planlaşdırılır.

PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət təşəbbüsünə sadiq qalaraq bu cür layihələri gələcəkdə də davam etdirəcək.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti